Dünya birjalarında neft ucuzlaşıb.
Metbuat.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,5 dollar azalaraq 82,66 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,45 dollar azalaraq 77,93 dollar təşkil edib.