Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım iki ölkə arasında münasibətlərin sarsılmaz olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, Şamil Ayrım Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin əhəmiyyətini vurğulayan fikirlərini xatırladıb.

O qeyd edib ki, xüsusilə sosial şəbəkələrdə Azərbaycan və Türkiyə arasında süni gərginlik yaratmağa çalışan qüvvələrə baxmayaraq, iki ölkənin qardaşlıq münasibətləri möhkəm təməllərə söykənir.

Deputatın sözlərinə görə, ortaq tarix, qarşılıqlı sevgi və strateji layihələr Azərbaycan-Türkiyə münasibətlərini daha da gücləndirir.

Şamil Ayrım vurğulayıb ki, “bir millət, iki dövlət” prinsipi ilə formalaşan qardaşlıq bundan sonra da davam edəcək və heç bir qüvvə bu birliyi poza bilməyəcək.