Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 116,5 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər baxımından 16 milyon dollar çoxdur.
Hesabat dövründə fındıq ixracı Azərbaycanın ümumi ixracının 0,49%-ni təşkil edib.