AFFA hakimin döyüldüyü oyunla bağlı qərarları AÇIQLADI

AFFA İntizam Komitəsi Region Liqasında "Cəbrayıl" və "Energetik" komandaları arasında 1/4 final mərhələsinin cavab oyununda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

Metbuat.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Energetik" komandasının futbolçuları Elvin Əlizadə, Tural Məmmədzadə və Allahverdi Allahverdiyev 14, Orxan Əlibabayev isə 10 oyunluq cəzalanıb.

Buna oyunçuların hakimlər briqadasını təhqir etməsi və referilərə qarşı fiziki təsir göstərməsi səbəb olub.

"Cəbrayıl"dan Nurlan Həsənov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Bundan əlavə, Mingəçevir təmsilçisinin prezidenti Ruslan Həmidov da hakimlərə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün 5 oyunluq cəzaya məruz qalıb.

Görüş 90+3-cü dəqiqədə yarımçıq qaldığı üçün “Energetik”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, 90+3-cü dəqiqədə futbolçular hakimlər briqadasına hücum edib. İnsidentin böyüdüyünü görən referi Rövşən Rəcəbov görüşü dayandırıb və qarşılaşma yarımçıq qalıb. Həmin vaxt matçda hesab açılmayıb. Mingəçevirdəki ilk oyunda "Cəbrayıl" 2:1 hesablı qələbə qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR