Vəziyyəti ağır olduğu deyilən Mətanət Əsədova ilk dəfə efirə çıxdı - VİDEO

Uzun müddətdir xəstə olduğu deyilən müğənni Mətanət Əsədova ilk dəfə verilişə çıxıb.

Metbuat.az xəbər verir ki, sənətçi "Tarixin bir günü" proqramında canlı yayıma qoşulub. O, verilişdə iştirak edən həmkarı Manaf Ağayevi çox istədiyini bildirərək onu tərifləyib.

Aparıcı Tarix Əliyev (Tolik) "Yarım saata efirə gəlsən, Manaf Ağayevi çox istədiyinə inanacam" sözlərini söyləyib. Müəyyən vaxtdan sonra Əsədova studiyaya gəlib.

Mətanət Manafla birlikdə mahnı ifa edib. Daha sonra Ağayevdən danışaraq kövrəlib və onu çox istədiyini bildirib.

Həmin görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR