İrəvanda etirazçılarla polis arasında toqquşma oldu

İrəvanda “Şərəfim var” parlament fraksiyasının rəhbəri Artur Vanetsyanın tərəfdarları ilə polis arasında toqquşma baş verib.

Metbuat.az xəbər verir ki, Vanetsyan yürüş iştirakçıları ilə vidalaşdıqda və onlar evə getməyə başlayanda qışqırıqlar eşidilib. Vanetsyanın özünün dediyinə görə, hər şey hüquq-mühafizə orqanlarının əməkdaşlarından birinin yürüş iştirakçısını vurması ilə başlayıb.

Vanetsyan hərəkatının sözçüsü Sos Akopyan bildirib ki, aksiyanın sonunda etirazçı ilə polis arasında mübahisə yaranıb. Akopyanın sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları döyməyə cəhd ediblər. O, hüquq-mühafizə orqanları əməkdaşlarını xuliqanlıqda günahlandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR