FHN yanğınla bağlı məlumat yaydı -

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, yanğınla mübarizə tədbirlərinə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Yanğının daha geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR