Zelenski müharibənin ilk gecəsindən danışdı: Məni öldürməyə gəlmişdilər -

Ukrayna Prezidenti Vladimir Zelenski müharibənin başladığı ilk günlə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, müharibənin ilk gecəsi rus hərbçilər onu və ailəsini öldürmək üçün paraşütlə Kiyevə eniblər. Zelenski “Time” nəşrinə açıqlamasında bildirib ki, rus hərbçilər onların qaldığı yeri tapmaq üzrə olub:

“Həyat yoldaşımla bərabər uşaqları yuxudan ayıldıb, evdən qaçmağa hazır olmaları barədə xəbərdar etdim. Çox səs-küy var idi. Partlayışlar baş verirdi. İqamətgahdakı mühafizəçilər mənim və ailəm üçün güllə keçirməyən gödəkçələr gətirdi. Rus birliklər mənim və ailəmin yerini tapmaq çox yaxınlaşmışdı”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR