İftar yeməyində kütləvi zəhərlənmə:

90 universitet tələbəsi iftar yeməyindən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Metbuat.az xəbər verir ki, Türkiyənin Samsun şəhərində iftar yeməyindən zəhərlənən 90-a yaxın xarici universitet tələbəsi xəstəxanaya yerləşdirilib.

Açıqlamaya görə, Samsun Ondokuz May Universitetinin (OMU) müxtəlif fakültələrində təhsil alan əcnəbi tələbələr üçün OMU Life Center-də iftar süfrəsi açılıb.

Belə ki, iftar yeməyinə qatılan İraq, Suriya, Mərakeş, Fələstin, Əlcəzair, İordaniya, Misir, Sudan, Kamerun və Yəməndən olan tələbələrin də olduğu 90-a yaxın universitet tələbəsi yedikləri yeməkdən zəhərlənib. Qusma, ishal, qızdırma və halsızlıq şikayətləri ilə Samsun Ondokuz May Universiteti, Samsun Təhsil və Araşdırma Xəstəxanası və Qazi Dövlət Xəstəxanasına aparılan tələbələr müalicə olunub.

Tələbələr axşam yeməyində düyü, şorba və dolma yediklərini, zəhərləndiklərini anlayınca təcili yardımla xəstəxanaya aparıldıqlarını bildiriblər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR