Ərdoğanla Quterreş telefonda danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT baş katibi Antoniu Quterreş arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, Quterreş Rusiya və Ukrayna səfərləri barədə Türkiyə liderini məlumatlandırıb.

Bununla yanaşı, Ukraynaya humanitar yardımların çatdırılması, Mariupoldan dinc əhalinin təxliyəsi barədə müzakirələr aparılıb.

Türkiyə Prezidenti, həmçinin BMT baş katibini doğum günü münasibətilə təbrik edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR