Rusiya-Ukrayna müharibəsi dünyaya yayıla bilər

ABŞ-da nəşr olunan “Foreign Policy” jurnalı ABŞ Prezidenti Co Baydenin müharibə strategiyasını qiymətləndirib.

Metbuat.az xəbər verir ki, məqalədə Baydenin addımlarının Ukraynadakı müharibəni qlobal müharibəyə çevirə biləcəyinə diqqət çəkilib.

“Baydenin Rusiyanı zəiflətmək strategiyası Ukrayna müharibəsini qlobal müharibəyə çevirə bilər”, - Maykl Hirşin məqaləsində deyilir.

Məqalədə Baydenin əvvəlcə NATO və ABŞ-ı birbaşa münaqişəyə cəlb etməkdən ehtiyat etdiyi, lakin son vaxtlar Rusiyaya qarşı daha sərt mövqe tutduğu bildirilib.

Həmçinin yazıda Baydenin Ukraynaya dəstək verməklə “Rusiyanın təcavüzünü cəzalandırmaq və gələcək münaqişə riskini azaltmaq” məqsədi daşıdığı barədə sözləri də yer alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR