Türk komandolardan uğurlu əməliyyat: PKK-nın "bazası" ələ keçirildi -

Türkiyə ordusunun İraqın şimalında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində məhv edilən terrorçuların sayı 61-ə çatıb.

Metbuat.az xəbər verir ki, PKK terrorçularının gizləndiyi mağaralar, düşərgələr məhv edilib. Məlumata görə, terrorçular üçün olduqca önəm daşıyan, terrorçuların “bazası” kimi tanınan Metina bölgəsindəki Hiror düşərgəsi də terrorçulardan tamamilə azad edilib. Məlumata görə, qruplaşma liderləri bu ərazini “daimi düşərgə” kimi təqdim edərək, xaricdən gələn “qonaqları” həmin düşərgədə qəbul edirmişlər.

Bildirilir ki, 4 gün əvvəl türk komandoları düşərgəni nəzarətə götürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR