Bu gün xarici işlər naziri Ceyhun Bayramov Fransanın Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy ilə görüşüb.
Metbuat.az XİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması prosesi və bu istiqamətdə atılan addımlar müzakirə edilib. Xüsusilə, Brüssel görüşündən sonra əldə edilmiş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
Görüşdə, eyni zamanda regiondakı cari vəziyyət və beynəlxalq gündəlikdə duran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.