Rusiya Lvov bölgəsinə raket zərbələri endirdi

Rusiya hərbçiləri Lvov vilayəti ərazisinə raket zərbələri endirib.

Metbuat.az xəbər verir ki, bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksım Kozitski məlumat verib.

Lvov meri Andriy Sadovy da "Facebook"da yazıb ki, partlayış səsləri vilayət mərkəzində eşidilib.

O əlavə edib ki, şəhərin bir hissəsində elektrik enerjisi kəsilib.

Bildirilib ki, Mayın 3-ü axşam saatlarında Ukraynanın əksər vilayətlərində hava həyəcan siqnalı verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR