Belarusun ilk rəhbəri vəfat edib

Belarus Respublikasının ilk rəhbəri, Ali Sovetin sədri Stanislav Şuşkeviç 87 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Euroradio” məlumat yayıb.

Bu ilin aprelində Şuşkeviçin səhhəti koronavirus infeksiyasına yoluxduqdan sonra pisləşib, bir müddət reanimasiyada olub.

Qeyd edək ki, o, 1991-ci il avqustun 25-dən 1994-cü il yanvarın 26-dək Sovet İttifaqından ayrıldıqdan sonra müstəqil Belarusun ilk dövlət başçısı olub. Ali Sovetin sədri (prezident) kimi fəaliyyət göstərib. O, sosial-demokratik islahatları dəstəkləyib və Müstəqil Dövlətlər Birliyinin yaradılmasında əsas rol oynayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR