Gəncə terrorunda valideynlərini itirən Sevil nişanlandı -

Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nişan mərasimi keçirilib.

Metbuat.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Nişan mərasimi yaxınlarının iştirakı ilə baş tutub.

Xatırladaq ki, 11 oktyabr 2020-ci il tarixində Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva ötən il tələbə adını qazanaraq Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR