Ordu Putinə "9 may hədiyyəsi" vermək istəyir -

Rusiya ordusu iki gündür Mariupoldakı “Azovstal” zavoduna intensiv hücumlar təşkil edir.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Rusiya ordusu “Azovstal”ı mayın 9-na qədər ələ keçirmək istəyir. Məlumata görə, bu, Prezident Vladimir Putin üçün simvolik uğur ola bilər. Məlumata görə, ruslar hücumlar zamanı ciddi itkilər verib. Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, “Azovstal” zavodundakı ukrayna hərbçiləri müqaviməti davam etdirdikcə, rusların itkiləri artacaq və Rusiyanın bölgədəki digər hücum planları iflasa uğrayacaq.

Qeyd edək ki, “Azovstal” zavodunda 2 min hərbçinin olduğu güman edilir. “Azovstal” Ukrayna ordusunun müqavimətinin rəmzinə çevrilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR