Azərbaycan Rusiyaya yumurta ixrac edəcək

Rusiyanın iri market şəbəkələri Azərbaycandan ildə 6-8 milyon ədəd yumurta idxalı üçün təklif göndəriblər.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri ilə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri arasında keçirilən görüşdə bildirilib.

Vurğulanıb ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə sənədləşmə işlərinin sürətləndirilməsi istiqamətində işlər aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR