Qeydiyyata alınan narkotik asılılığı olan şəxslərin sayı

2021-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34602 nəfər təşkil edib.

Metbuat.az-ın xəbərinə görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.

Qeyd olunub ki, həmin şəxslərin 27106 nəfəri dispanser, 7496 nəfəri isə profilaktik qeydiyyatında olanlardır. Onlardan 556 nəfəri qadındır.

Tosikomanların sayı 630, onlardan dispanser qeydiyyatında olanların sayı 530-dur. Eyni zamanda bir neçə narkotik maddə qəbul edənlərin sayı və həmin qrupdan dispanser qeydiyyatında olan şəxslərin sayı 3107-dur.

2021-ci ildə müvafiq diaqnozla 5603 nəfər qeydiyyata götürülüb, 4789 nəfər isə qeydiyyatdan çıxarılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR