Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 5%-dən çox azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 3 678 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 % az vəsait yönəldilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 29,9 % azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar isə 17,9 % artıb.

İstifadə olunmuş vəsaitin 2 077,5 milyon manatı və yaxud 56,5 %i məhsul istehsalı sahələrinə, 1 370,3 milyon manatı və yaxud 37,2 %-i xidmət sahələrinə, 230,2 milyon manatı və yaxud 6,3 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 689,6 milyon manatını və yaxud 73,1 %-ni daxili vəsaitlər təşkil edib, 2 725,4 milyon manatı və yaxud 74,1 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,8 %, büdcə vəsaitləri 34,0 %, əhalinin şəxsi vəsaitləri 7,4 %, sair vəsaitlər 4,2 %, bank kreditləri isə 1,6 % paya malik olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR