ABŞ-dan açıqlama: Türkiyənin razılıq verəcəyinə inanırıq

“Finlandiya və İsveçin NATO-ya üzv olması üçün hərbi alyans ölkələrinin razılığa gələcəyinə inanırıq”.

Metbuat.az xəbər verir ki, “Ağ ev”in yeni mətbuat katibi Karin Jan-Pyer Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olmasına qarşı çıxmasına belə münasibət bildirib.O bildirib ki, Berlində ABŞ-ın Dövlət katibi Antoni Blinkenlə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş olub və tərəflər məsələ barədə müzakirələr aparıblar.

“NATO-ya üzv olmaq üçün proseslər var və bu məsələdə konsensusa gələcəyinə inanırıq” -deyə Karin Jan-Pyer qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR