Putin Finlandiya və İsveçlə bağlı məsələyə görə Türkiyəyə gedir? -

Rusiya prezidenti Vladimir Putinin hələki Türkiyəyə səfəri nəzərdə tutulmur.

Metbuat.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib. O bildirib ki, mətbuatda yayılan iddialar həqiqəti əks etdirmir. Peskovun sözlərinə görə, bu iddialar bir neçə həftədir ortaya atılır.

Qeyd edək ki, mətbuatda Putinin yaxın günlərdə Türkiyəyə səfər edəcəyi irəli sürülmüşdü. İddialara görə, Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı məsələ gündəmə gəldiyinə görə, Putinin səfəri aktuallaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR