Qırmızı xalıda soyunan qadın:

Fransada keçirilən 75-ci Kann Kinofestivalının dördüncü günündə qırmızı xalıya çıxan bir qadın Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz özünəməxsus formada etiraz edib.

Metbuat.az xəbər verir ki, qırmızı xalı üzərində soyunan qadın bədənində yazılmış “Bizi zorlamayın” yazısını göstərərək qışqırmağa və medianın diqqətini cəlb etməyə çalışıb.

Paltarını cıraraq çıxaran qadın çılpaq bədənini Ukrayna bayrağının rənglərinə və qırmızıya boyayıb. Gənc qadın asayiş keşikçilərinin müdaxiləsi ilə ərazidən uzaqlaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR