Avstraliyanın yeni baş naziri bəlli oldu

Avstraliyada federal parlament seçkilərində qalib gələn İşçi Partiyasının lideri Antoni Albaneze səslərin hesablanmasına görə avtomatik olaraq ölkənin yeni, 31-ci baş naziri olub.

Metbuat.az xəbər verir ki, 59 yaşlı siyasi lider əvvəllər əsasən müxalifətdə olub. 26 illik siyasi karyerasında o, 2007-ci ildə leyboristlər qısa müddətə hakimiyyətə gələndə altı il Avstraliya hökumətində çalışıb.

Sonra o, infrastruktur və nəqliyyat naziri olub. 2013-cü ildə isə Albaneze baş nazirin müavini təyin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR