Ballistik raket atıldı: Onlarla qırıcı havaya qalxdı -

ABŞ və Cənubi Koreya Şimali Koreyanın son raket sınağına cavab olaraq döyüş təyyarələrini havaya qaldırıb.

Metbuat.az xəbər verir ki, Cənubi Koreyanın rəsmi mənbələri məlumat yayıb. Məlumata görə, eyni vaxtda 30 təyyarə havaya qalxıb. Bildirilir ki, həmçinin ABŞ və Cənubi Koreya raket sınaqları həyata keçirib. Cənubi Koreya ordusunun Baş Qərargahından bildirilib ki, bu cavabın məqsədi Pxenyanı təxribatlardan çəkindirməkdir.

Qeyd edək ki, Şimali Koreya ötən həftə ballistik raketi sınaqdan keçirib. ABŞ və Cənubi Koreyanın belə irimiqyaslı cavabı son illər ərzində müşahidə olunmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR