Vitse-prezidentin evinə atəş açdılar

Vitse-prezidentin evinə atəş açdılar
11:11 19 Yanvar 2015
107 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Delavardakı evi yanından keçən avtomobildən çoxsaylı atəş açılıb. Həmin vaxt C.Bayden və xanımı evdə olmayıblar.

ANS PRESS-in məlumatına görə, ABŞ Məxfi Xidməti bildirib ki, hadisə yanvarın 17-də axşam saat 8:25-də, evin perimetrində yerləşən ictimai yolda açılıb.

Atəş səslərini Qrinvildəki iqamətgahda duran Məxfi Xidmət əməkdaşları eşidiblər. Onların dediyinə görə, maşın evin yanından yüksək sürətlə keçib və gözdən itib.

CNN Məxfi Xidmət əməkdaşına istinadla xəbər yayıb ki, yerli polis bir nəfəri həbs edib. O, həmin ərazinin uzaq perimetrini qoruyan zabiti ötüb keçməyə çalışıb.
Ancaq həmin şəxsin bu hadisə ilə bağlılığı olmadığı aydın olub.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR