​“Turana və ​“Qızıl Alma”ya doğru ağılla, səbirlə addımlayırı​q”​ -

“Bakıda ADA Universitetində 600 elm adamının iştirakı ilə beynəlxalq seminar keçiriləcək. Tədbirdə Türkiyənin Yükseköğretim Kurulu (YÖK) başqanı Erol Özvarın rəhbərliyi ilə 60-a yaxın rektor da iştirak edəcək. Tarixi və elmi önəm kəsb edən seminar çərçivəsində universitetlər arasında əlaqələr daha da sıxlaşacaqdır”.

Bu fikirləri Metbuat.az-a özəl açıqlamasında Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general, Dr. Yücel Karauz deyib. Onun sözlərinə görə, tədbir çərçivəsində yeni əməkdaşlıqların əsası qoyulacaqdır. General bildirdi ki, seminar iştirakçılarının Şuşaya səfəri də nəzərdə tutulub:

“Türkiyə və Azərbaycan arasında siyasi iradənin və xalqlarımızın tarixi bağlarına əsaslanan əlaqələr təhsil sahəsində də getdikcə güclənir və dərinləşir. Bu əlaqələr öz növbəsində ortaq türk tarixi, ortaq türk dili və ədəbiyyatının tədrisində də öz sözünü deyəcəcəkdir. Orta məktəbdən universitetə qədər, həmçinin magistratura və doktorantura səviyyəsində iki qardaş ölkənin güclərini birləşdirəcək bir fəaliyyətin ortaya qoyulması artıq realdır. Bu istiqamətdə müvafiq razılaşmalar da əldə edilib. Biz təbii ki, bu gün heç olmadığı qədər Turana yaxın bir dönəmdəyik. Turan nə əlimizin içindəki qədər yaxın, nə də bir ilğım qədər uzaq deyil. Bunun üçün də sadəcə səmimiyyətlə, hər dövlətin müstəqilliyini qoruyaraq vahid ideayaya çatmalıyıq”.

Yücel Karauz onu da vurğuladı ki, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yeni modeli olan “Bayraktar Kızılelma” da Turana doğru gedən yolda atılan addımlardan biridir.

“Biz əsas hədəfimizə, Turana və “Qızıl Alma”ya” doğru ağılla, səbirlə addımlayırıq” deyə Yücel Karauz fikrini yekunlaşdırıb.


Qeyd edək ki, qədim türk mifologiyasına əsasən, “Qızıl alma” türklərin, xüsusilə oğuz türklərinin can atmalı olduğu utopiya və ideallardır. Türkçülüyün simvollarından biri olan “Qızıl alma” bir növ arzulanan, lakin uzaq, hətta əlçatmaz məqsəd hesab edilir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR