Türk nəhəngi ulduz futbolçunu transfer edir -

“Galatasaray” “Borussiya Dortmund” klubu ilə müqaviləsi başa çatan yarımüdafiəçi Aksel Vitsellə yaxından maraqlanır.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mənbələri məlumat yayıb. Bildirilir ki, bir neçə gün sonra “Galatasaray” klubunda həyata keçiriləcək prezident seçkilərin nəticəsindən asılı olmayaraq, türk nəhəngi belçikalı ulduzu transfer etməkdə qərarlıdır. Çünki prezidentliyə namizəd olan şəxslər 33 yaşlı Vitselin transferinə müsbət yanaşır. “Galatasaray”ın bu transferdəki rəqibi isə Fransanın “Marsel” klubudur.

Lakin iddialara görə, Vitsel özü Türkiyədə oynamağa müsbət yanaşır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR