Sona Nazim - Uğurlu fəaliyyəti ilə fərqlənən peşəkar həkim

Bir çox beynəlxalq seminarların iştirakçısı olan Sona Nazim uğurlu fəaliyyəti ilə öz sahəsində fərqlənən həkim-kosmetoloqlardan biridir.

Sona Nazim Ege Univeritetində Genetika ixtisası üzrə ali təhsil alıb. Daha sonra Arash Estetik Akademiyasının kosmetologiya kursunu uğurla bitirən həkim insan genetikası və kosmetologiya biliklərinin vəhdəti ilə fəaliyyətini davam etdirib.

O, bilik və bacarıqlarını artırmaq məqsədi ilə xarici ölkələrdə təşkil edilən seminar və konfranslarda iştirak edərək diplom və sertifikalara layiq görülüb.

Hal-hazırda həkim-kosmetoloq Sona Nazim rəhbəri və təsisçisi olduğu "Sona Estetik" mərkəzində fəaliyyətini davam etdirir və əldə etdiyi zəngin təcrübəsini öz işində uğurla tətbiq edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR