Azad edilmiş ərazilərdə 2 tondan artıq narkotik bitkiləri

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Metbuat.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, tədbir zamanı rayonun işğaldan azad edilmiş Qərvənd və Baş Qərvənd kəndlərinin ərazisində yabanı halda bitmiş çəkisi 2 tondan artıq olan 2982 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR