Türkiyə təhlükəsizliyini təmin etmək üçün Suriyada əməliyyatlar keçirəcək -

"Türkiyə cənub sərhədlərində təhlükəsizliyi təmin etmək üçün Suriyanın şimalında yeni sərhəd əməliyyatları keçirmək niyyətindədir".

Metbuat.az xəbər verir ki, bunu şənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının qurultayında deyib.

"Silahlı qüvvələrimizi dünyanın ən müasir ordularından birinə çevirmək üçün addımlar atdıq. Cənub sərhədlərimizdə formalaşmağa çalışan terror dəhlizini məhv etdik. Təhlükəsiz ərazilərə 500 min insanı yerləşdirdik. Təhlükəsizlik xəttindəki əskiklikləri yeni əməliyyatlarla tamamlayacağıq. Bu əməliyyatları diqqətlə davam etdiririk”, - deyə Ərdoğan söyləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR