"Mercedes" 1 milyona yaxın avtomobilini

"Mercedes-Benz" şirkəti əyləclərdə yarana biləcək texniki problemlərə görə dünya üzrə bir milyona yaxın avtomobili geri çağırır.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, təkcə Almaniyada 70 minə yaxın avtomobil geri çağırıla.

Məlumata görə, avtomobillərdə əyləc gücləndiricisinə təsir edə biləcək korroziya aşkarlanıb. İstehsalçı qeyd edir ki, problemin aşkar olunduğu avtomobillərdə əyləc gücləndiricisi düzgün işləməyib.

Şirkət adıçəkilən problemlə bağlı yoxlamalar aparmaq niyyətindədir. Müvafiq araşdırmalar yekunlaşanadək avtomobil sahiblərindən nəqliyyat vasitələrini istifadə etməmələri xahiş olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR