“Qiyamət hazırlığı” başladı: Elm adamları çıxış yolu axtarır -

Elm adamları mümkün qlobal fəlakətlərə qarşı hazırlıqlara başlayıb.

Metbuat.az “İndependent” qəzetinə istinadən xəbər verir ki, pandemiyalar, qida böhranları və digər fəlakətlər bəzi dairələrdə narahatlıq yaradıb və elm adamları mümkün fəlakətlərən qaçış yolunu axtarır. Elm adamları mümkün fəlakət zamanı kosmosa qaçmaq əvəzinə dünyada da sığınacaqların qurula biləcəyini ortaya qoyub. Alimlər hesab edir ki, mümkün fəlakətlər zamanı insanlar təcrid olunmuş ərazilərdəki bölgələrə sığına bilər. Elm adamları pandemiya dövründə xüsusilə ada dövlətlərinin fəsadlardan daha az ziyan çəkdiyini ortaya qoyaraq, sığınacaqların belə ərazilərdə qurulmasının uyğun olduğunu ifadə edib.

Qeyd edək ki, elm adamları son zamanlar belə araşdırmaları intensivləşdirsə də, nəticələr barədə geniş məlumatlar yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR