Rusiya hərbi gəmilərini Ukraynadan uzaqda saxlayır:

"Rusiya ordusu Ukraynadan gələcək hücumların qarşısını almaq üçün İlan adasında müdafiə sistemləri qurur.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna ordusundan açıqlama verilib. Bildirilib ki, Rusiya İlan adasındakı mövqeyini müdafiə etmək üçün hərbi vasitələr cəlb edir. Məlumata görə, Rusiya həmçinin iri desant gəmilərini Ukrayna sahillərindən uzaqda saxlayır. Moskva gəmilərin hücuma məruz qalacağından narahatdır.

Qeyd edək ki, Ukrayna ordusu Qara dənizdə bir neçə rus gəmisini bombalayıb. Ötən həftə Rusiya gəmilərinin Ukrayna sahillərindən azı 100 kilometr uzaqda mövqe tutduğuna dair məlumatlar yayılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR