Ukrayna Siyeverodonetskdəki Azot fabrikinə nəzarət edir -

"Azot zavodunun blokadası ilə bağlı məlumatlar rus təbliğatçıları tərəfindən yayılan tamamilə yalandır".

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Luqansk vilayətinin qubernatoru Serhiy Qayday bildirib. O, bu sözləri Rusiyanın dəstəklədiyi separatçının azot fabrikində 300-400 ukraynalı döyüşçünün qaldığını iddia etməsindən sonra deyib.

"Bizim qüvvələrimiz Syeverodonetsk sənaye zonasını saxlayır və şəhərdə rus ordusunu darmadağın edir" - Qubernator bildirib.

Xatırladaq ki, Siyeverodonetskin ələ keçirilməsi Rusiyaya bütün Luqanskın – Donetsklə birlikdə Ukraynanın sənaye mərkəzi olan Donbası təşkil edən bölgəyə nəzarəti verəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR