Toydan qayıdan sakinlər dəhşətli hadisə ilə üzləşdi -

Nigeriyanın Zamfara əyalətində toydan qayıdan sakinlər silahlıların hücumuna məruz qalıblar.

Metbuat.az xəbər verir ki, silahlı şəxslər 50-dən çox sakini qaçırıb. 20-dən çox sakin isə silahlıların əlindən xilas olub. Hadisə zamanı ərazidə yüzə yaxın sakin olub. Güman edilir ki, hadisə qəbilələr arasında davam edən toqquşmalardan irəli gəlir. Sakinlərin xilas edilməsi üçün polislər axtarışlara başlayıb.

Qeyd edək ki, bölgədə qəbilələr arasında ədavət var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR