Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazandı - VİDEO

Azərbaycan millisi Millətlər Liqasında Mahir Emrelinin 76-cı dəqiqədə vurduğu baxımlı qolla hesabı açıb. Şeydayev 90+3-cü dəqiqədə topu rəqib qapıdan keçirməklə fərqi iki topa çatdırıb. Beləliklə, Belarusu 2:0 hesabı ilə məğlub edən Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.

Azərbaycan - Belarus - 2:0

***

Azərbaycan və Belarus yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunu başlayıb.

Metbuat.az xəbər verir ki, "Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü Anastasios Papapetrunun rəhbərlik etdiyi yunanıstanlı hakimlər idarə edir.

19:31

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda Azərbaycan və Belarus milliləri üz-üzə gələcək.

Metbuat.az xəbər verir ki, "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Yığmalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Azərbaycan: 12 Magomedaliyev (GK) 3 Salahli 4 Mustafazade 8C Makhmudov 9 Dadaşov 11 Sheydaev 13 A. Hüseynov 14 Eddy 15 B. Hüseynov 18 J. Huseynov 20 Richard Almeida

Belarus: 12 Pavlyuchenko (GK) 2 Pechenin 3 Bacharou 4 Khadarkevich 5 Malkevich 6 Politevich 8 Shauchenka 9 Ebong 10 Bakhar 14C Yablonsk. 21. Klimoviç




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR