Ulduz futbolçu "Barselona"dan ayrıldı:

Daniel Alveş “Barselona”dan ayrıldığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə müdafiəçi sosial şəbəkədə yazıb.

“Vidalaşmağın vaxtı gəldi. 8 il idi bu kluba, bu rənglərə və bu evə həsr etmişəm... Amma həyatda hər şey kimi illər keçir, yollar ayrılır, hekayələr yenidən yazılır. Məni qovmağa çalışdılar, amma bacarmadılar, çünki nə qədər dözümlü və mətanətli olduğumu təsəvvür edə bilməzsiniz”, - D.Alveş yazıb

Qeyd edək ki, Daniel Alveş iyunun 30-da başa çatacaq müqaviləsinin sonunda azad agent kimi ayrılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR