"Lex"in yeni baş məşqçisi "Qarabağ"dan

UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşa "Lex"inin yeni baş məşqçisi Con van den Brom klubun rəsmi saytına danışıb.

Metbuat.az xəbər verir ki, niderlandlı mütəxəssis Ağdam təmsilçisi barədə də fikir bildirib:

"Qısa vaxt ərzində çox oyun keçirəcəyik. Ən önəmlisi, iyulun 5-də "Qarabağ"la oynayacağımız matça hazır olmaqdır. Bilirəm ki, futbolçular artıq məşqlərə başlayıblar. Vacib oyunlara hazırlaşmaq üçün vaxtımız var".

Xatırladaq ki, "Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR