18-ci əsrdə batan gəmidən 17 milyard dollar dəyərində xəzinə tapılıb -

Kolumbiya ordusu təxminən üç əsrdir yeri məlum olmayan dünyanın ən qiymətli gəmilərindən birinin görüntülərini yayımlayıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu gəmi "San Xose" adlanan İspaniya ordusunun gəmisidir. "San Xose" gəmisi 1708-ci ildə İspan Varisliyi Müharibəsi zamanı Britaniya donanmasının gəmiləri tərəfindən batırılan zaman böyük bir xəzinə yükü ilə yüklənmişdi.

Göyərtəsində 600-ə yaxın adamın olduğu 64 silahlı gəminin bugünkü qiymətlərlə təxminən 17 milyard dollar dəyərində qızıl sikkələr, gümüş sikkələr və zümrüdlər də daxil olmaqla ən azı 200 ton xəzinə daşıdığı güman edilir.

Qeyd edək ki, gəmi 2015-ci ildə Kolumbiya dəniz qüvvələrinin rəsmiləri tərəfindən tapılıb, lakin onun dəqiq yeri indiyə kimi sirr olaraq saxlanılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR