Qazaxıstan və Rusiya arasında gərginlik artır:

Qazaxıstan Rusiyanın ölkə neftinin daşınmasına qadağa qoymasına cavab verib.

Metbuat.az Qazaxıstan mənbələrinə istinadən xəbər verir ki, Nur-Sultan rus kömürünün olduğu 1700 vaqonu dayandırıb. Hələlik məsələ barədə rəsmi məlumat verilməyib.

Qeyd edək ki, Qazaxıstan Prezident Qasım Jomart-Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Ukraynanı dəstəkləyən bəyanatlar səsləndirməsi Moskvanı qəzəbləndirib. “Kommersant” qəzeti yazır ki, Rusiya buna görə də Qazaxıstan neftinin Novorossiysk limanından daşınmasını dayandırıb. Məlumata görə, Rusiya tərəfi ixracın dayandırılmasını liman sularında İkinci Dünya müharibəsi aid mina ola biləcək obyektlərin tapılması ilə əlaqələndirib. Prezident Qasım Jomart-Tokayev Sankt-Peterburq forumunda Ukraynanın suverenliyini dəstəkləyən bəyanatlar səsləndirib. O bildirib ki, Qazaxıstan Ukrayna ərazisindəki qondarma respublikaları tanımayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR