Bakıda tıxac 6 maşrut xətti üzrə hərəkəti çətinləşdirib

Paytaxtın Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlığın olması səbəbilə həmin ərazidən keçən 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-15 dəqiqə gecikmə müşahidə olunur.

Bu barədə Metbuat.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Ümumilikdə, həmin ərazidə 10-12 ədədə yaxın avtobus sıxlıqda qalıb.

Həmçinin Abbasqulu ağa Bakıxanov küçəsində, Zivər bəy Əhmədbəyov küçəsi ilə kəsişmədən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq müşahidə edilir. Bu səbəbdən də həmin ərazidən keçən 3 və 17 nömrəli müntəzəm marşrut xətlərindəki 7-dən çox avtobus 10-15 dəqiqə gecikmə ilə hərəkət edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR