DİM təsviri sənət üzrə qabiliyyət imtahanı verən abituriyentlərə müraciət edib

DİM təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanı verən abituriyentlərə müraciət edib.

Mərkəzdən Metbuat.az-a verilən məlumata görə, təsviri sənət istiqaməti üzrə xüsusi qabiliyyət imtahanları iyunun 17-dən etibarən keçirilir.

Artıq üç ildir bu istiqamət üzrə imtahanlar həm ənənəvi, həm də onlayn formada təşkil olunur. Təsviri sənət istiqaməti üzrə xüsusi qabiliyyət imtahanları 30 iyul tarixinədək davam edəcək. İmtahan nəticələri üç gün ərzində elan olunur və DİM-in saytına - hər bir imtahan iştirakçısının özünə aid səhifəsinə yerləşdirilir.

İki fəndən imtahanı olan Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə qeydiyyatdan keçən abituriyentlərə hər imtahan fənni üçün ayrıca buraxılış vərəqələri verilir. İki fənn üzrə imtahanı olan komissiyalar aşağıdakılardır: Rəngkarlıq, Qrafika, Dekorativ tətbiqi sənət, Heykəltəraşlıq və Təsviri sənət.

Bir neçə QİK üzrə qeydiyyatdan keçən abituriyentlərin eyni məzmunlu imtahanlarda təkrar iştirakının qarşısını almaq məqsədilə aşağıdakı fənlər üzrə bir komissiyadan alınan məqbul qiymətin digər komissiyaların da eyni fənninə şamil edilməsi nəzərdə tutulur.

Bakalavriat səviyyəsinə qəbul üzrə:

10, 11, 12-ci komissiyalar üzrə rəsm fənni imtahanının məzmunu eyni olduğu üçün abituriyentin rəsm fənni üzrə bu üç komissiyanın hər hansı birindən aldığı müsbət qiymət digər iki komissiyanın bu fənn üzrə imtahanlarına şamil edilir.

14 və 15-ci komissiyalar üzrə rəsm fənni imtahanının məzmunu eyni olduğuna görə abituriyentin bir komissiyadan aldığı müsbət qiymət digər komissiyaya şamil edilir.

14 və 15-ci komissiyalar üzrə abituriyentin rəsm fənnindən aldığı 6 bal və daha yuxarı qiymət 13-cü komissiyaya şamil edilir.

10 və 11-ci komissiyalar üzrə rəngkarlıq imtahanının məzmunu eyni olduğuna görə abituriyentin bir komissiyadan aldığı müsbət qiymət digər komissiyaya şamil edilir.

10 və 11-ci komissiyalar üzrə abituriyentin rəngkarlıq fənnindən aldığı müsbət qiymət 15-ci komissiyaya şamil edilir.

67-ci komissiya üzrə abituriyentin rəsm fənnindən aldığı 6 bal və daha yuxarı qiymət 70-ci komissiyaya şamil edilir.

Orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə:

210-cu komissiyadan məqbul qiymət alan abituriyentin imtahan nəticəsi 211-ci komissiyaya şamil olunur.

1601-ci komissiyanın rəsm fənnindən alınan müsbət qiymət 1602-ci komissiyanın rəsm fənninə şamil edilir.

Qeyd 1: Qiymətlərin şamil edilməsi abituriyentlərin müvafiq komissiyalar üzrə qeydiyyatdan keçdiyi halda mümkündür.

Qeyd 2: Şamil olunan qiymətlərin geriyə qüvvəsi yoxdur.Yəni bir fənn üzrə alınan məqbul qiymət daha sonrakı, keçirilməyən imtahanlara şamil oluna bilər.

Qeyd 3: Orta ixtisas təhsili müəssisələrinin təsviri sənət istiqaməti üzrə imtahanların 30 iyun tarixindən etibarən başlanılması nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR