Bakı Şəhər Halqasının əhatə etdiyi ərazilərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə əlaqədar sentyabrın 22–26-da 7 məktəbdə tədris distant formada təşkil ediləcək.
Elm və Təhsil Nazirliyindən Metbuat.az-a bildirilib ki, 6 nömrəli məktəb-lisey, 7, 8 və 23 nömrəli tam orta məktəblər, 160 nömrəli Klassik Gimnaziya, 132-134 nömrəli məktəb-lisey və İlyas Əfəndiyev adına Elitar Gimnaziyada dərslər distant olacaq.