Şoyqunun yalanı üzə çıxdı -

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Luqansk və Donetsk vilayətlərindəki komanda məntəqələrinə getdiyi barədə məlumatlar həqiqəti əks etdirmir.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb. Bildirilir ki, Şoyqu əslində Belqoroda gedib. Luqansk və Donetskdə çəkildiyi iddia edilən görüntülər də əslində Belqorodda çəkilib. Ukrayna mətbuatı iddia edib ki, Şoyqu Ukrayna ordusunun hücumlarından çəkindiyi üçün Ukraynanın işğal olunmuş ərazilərinə gəlməyə qorxur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR