Bakı, 1 iyun, Samirə Quliyeva, AZƏRTAC
Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 16 min 855 ipoteka krediti verib.
AİF-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 678 milyon 698 min 680 manatdan çoxdur. AİF 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlayıb.