Hərb tarixində bir ilk:

Türkiyə Akıncı TİHA-larına uzaq məsafədəki quru və hava hədəflərini vura bilən raket əlavə etmək istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. Məqalədə deyilir ki, Türkiyə buna nail olarsa PUA ilə uzaqdan bütün hədəfləri vura bilən ilk ölkə olacaq. Müəllif Türkiyədəki mənbələrinə istinadən xəbər verir ki, iki şirkət bunu reallaşdırmaq üçün səy göstərir. Akıncı üzərində “Bozdoğan” və “Gödoğan” raketlərinin olduğu fotonun yayılması Türkiyənin bunu həyata keçirməyə yaxın olduğunu sübut edir.

Qeyd edək ki, Akıncı TİHA-sı 5-ci nəsil təyyarələrinin özəlliklərinə sahib olacaq. İndiyə qədər mövcud olan PUA-lar yalnız müşahidə edə bildiyi yaxın hədəfləri vura bilir. Uzaq hədəfləri vurmaq üçün isə PUA-lar radar sistemli raketlərlə təchiz edilməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR