Türkiyə klubu transfer bombasını “partlatdı”:

“Real Madrid” və PSJ kimi klublarda forma geyinən Xese Rodriqes Türkiyədə oynayacaq.

Metbuat.az xəbər verir ki, “Ankaragücü” Çempionlar liqasının qalibini transfer edib. Məlumata görə, oyunçu ilə 1+1 şərti ilə müqavilə imzalanıb. Bildirilir ki, türk təmsilçisi Rodriqesi azad agent kimi transfer edib.

Qeyd edək ki, “Real Madrid”də futbol oynamağa başlayan Rodriqes PSJ-yə keçib. PSJ ilə müqaviləsi bitən oyunçu “Las Palmas”a keçib. Bu mövsüm isə onun klubu ilə müqaviləsi başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR