“Kalininqrad mühasirəsi” rusları qəzəbləndirdi:

“Kalininqradda NATO ilə müharibə olarsa, Rusiyanın hədəfə alacağı ilk ərazilər arasında London da olacaq”.

Metbuat.az xəbər verir ki, rusiyalı deputat Andrey Gurulyov Rusiyanın dövlət televiziyasına açıqlamasında belə bildirib. O bəyan edib ki,Moskva mümkün müharibə zamanı Varşava və Berlini deyil, birbaşa Londonu hədəfə alacaq.

Qeyd edək ki, Rusiya quru sərhədi olmayan Kalininqrada yük göndərmək üçün Litva ərazisindən istifadə edirdi. Lakin Ukrayna müharibəsindən sonra Litva buna qadağa qoyub. Rusiya ilə quru əlaqəsi olmayan Kalininqrad Baltik dənizi sahilində Polşa və Litva arasında yerləşir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR