Azərbaycanda FACİƏ:

34-35 həftəlik hamilə olan gənc qadın yolda ölüb.

Metbuat.az Lent.az-a istinadən xəbər verir ki, iyunun 29-u axşam saat 23 radələrində 1991-ci il təvəllüdlü Aysel Nağıyeva təcili yardım maşınında dünyasını dəyişib.

Belə ki, o, “Tərtər rayon mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin nəznində olan təcili tibbi yardım avtomobili ilə Bakıya gətirilərkən qəflətən halı pisləşib. Bunun nəticəsində Qazax-Bakı yolunun Kürdəmir rayonundan keçən hissəsində avtomobildə ölüb.

Faktla bağlı araşdırılma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR